Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib. Avtosfer.az xəbər verir ki, bu barədə o, öz Facebook hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı – Gəncə- Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb. “İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim. Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu. Təkəri dəyişdirməli olduğumu, amma təzyiqim olduğu üçün dəyişə bilməyəcəyimi dedim. Yol polisi təkəri dəyişdirməyimə kömək etdi. Hətta məni xəstəxanaya aparmaq istədi, amma özüm gedəcəyimi söylədim və həmin polis qardaşımın telefon nömrəsi, adı və soyadı qeyd eddim. Təşəkkür edərək yolumda davam etdim.”
28 ildir Azərbaycanda yaşadığını bildirən Ziya bəy hər gün hər şeyin yaxşılaşdığını, insanların rifahının yüksəldiyini, psixoloji və sosioloji baxımdan daim müsbət inkişafların müşahidə edildiyini gördüyünü bildirib. “Yol polislərinin vətəndaşa qarşı davranışı çox müsbətdir. Azərbaycanı hər gün irəli aparan siyasəti həyata keçirmək əzmində olan Prezidentimiz İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazov və DYP rəisi Ramiz Zeynalova xüsusilə təşəkkür edirəm.”
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man