Bakıda sürücü "ayağını" çıxarıb polisi vurmaq istədi - VİDEO

İctimai nəqliyyat 12 Dekabr 2019 | 14:05
OXUNUB: 1123

Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları çətin duruma salıb. Avtosfer.az xəbər verir ki, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb. Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb. 

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, adətən bu tip sürücülər əlillik pərdəsi arxasında gizlənir. "Çox kobud qayda pozurlar. Əksəriyyətinin minlərlə manat ödənməmiş cəriməsi olur. Bəzilərinin ümumiyyətlə heç bir sənədi olmur."
Elmeddin Muradlı hesab edir ki, bu cür yük maşınını əlil bir şəxsin idarə etməsinin özü bir təhlükədir. "Axı bu maşınlar əlillər üçün nəzərdə tutulmayıb. Əgər yoxlanılsa məlum olacaq ki, əlil üçün müvafiq konstruksiya da quraşdırılmayıb. Aydındır ki, əlillər işlə məşğul olmalıdır. Amma elə təhlükəli işlər var ki, onlar nəinki əlillərin, hətta bəzi sağlam insanların görməsi üçün müvafiq deyil."

Ekspert hesab edir ki, hər bir sürücü yol polisinin saxla əmrinə tabe olmalıdır. "Bildiyim qədər "Nəvai" postunda həmin sürücüyə saçla işarəsi verilib. Lakin tabesizlik göstərib. Ardınca Qaradağ postunda saxlamaq istəyiblər ki, buradan da qaçıb. 20 yanvar dairəsində süni tıxac yaradılaraq sürücünü yenidən saxlamaq istəyiblər. Bu dəfə də səs-küy salaraq ərazidən uzaqlaşıb və Binəqədi rayonu ərazisində gizlənib."
Ekspert yol polisinə haqq qazandırmasa da sürücünün də hərəkətini məqbul hesab etmir. "Xarici ölkələrdə bu cür addım atan sürücünü polis dərhal yerində güllələyir. Amma bizdə belədirmi? Bu situasiyada polis ona hər hansı zorakılıq etmir. Düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Polis sürücünü maşından düşürmək istəyir. Bu zaman da süni ayaq məsələsi ortaya çıxır. Düşünürəm ki, burda polisdən çox sürücü kobudluq edib."

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man