Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man