Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhəri üzrə Regional Qeydiyyat və Texniki Bxış Şöbəsinin təcrübə imtahan qəbulu üçün xüsusi bağlı meydançasının təqdimatı keçirilib. Avtosfer.az xəbər verir ki, mərasim zamanı ictimaiyyət və media nümayəndələri üçün burada yaradılan şəraitlə bağlı məlumat verilib.
Şöbənin əməkdaşı, polis mayoru Hacı Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, burada sistem tam avtomatlaşdırılmış formadadır. Belə ki, təcrübə imtahanı zamanı sürücünün yol verdiyi bütün səhvlər elektron qaydada aşkar olunacaq və monitorda öz əksini tapacaq. Həmçinin sürücü özü sərbəst şəkildə yol nişanlarının tələblərinə uyğun olaraq hərəkət edir və əgər qayda pozarsa bu elektron qaydada qeyd olunur. Sürücü təcrübi imtahanı başa çatdırdıqdan sonra məqbul, yaxud qeyri-məqbul olması ilə bağlı avtomatik məlumat alır. Yəni hər hansı kənar müdaxilə və ya göstəriş olmur.
Qeyd edək ki, hazırda Bakı, Gəncə və Sumqayıt şəhərlərində analoji sistem tətbiq olunur. Yaxın gələcəkdə bütün təcrübə imtahan mərkəzlərində analoji sistemlər quraşdırılacaq.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man