Şəki DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev tərəfindən 07 dekabr 2019-cu il tarixdə Şəki şəhəri ərazisində dayanma-durma qaydalarını pozan sürücülər maarifləndirilib. Avtosfer.az xəbər verir ki, YPX əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri də görülüb. Tural Niftalıyev sürücülərə izah edib ki,dayanma-durma qaydası təkcə dayanmaq və durmaq qadağandır yol nişanının tələbinin pozulması deyil.
Avtomobili yolayrıclarında saxlamaq,yolun hərəkət hissəsində(ikinci cərgədə)saxlamaq və sairə dayanma-durma qaydasının daha kobud şəkildə pozulmasıdır.
DYP-nin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev bildirib ki,hər bir sürücü avtomobili saxlayarkən elə bir yerdə saxlamalıdır ki,digər hərəkət iştirakçılarının normal hərəkət etmələrinə maneçilik törətməsin.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man