Yevlax şəhərində mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə kompaniyasına start verilib. DİN mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ağac əkmə kompaniyasında Yevlax rayon Polis Şöbəsinin əməkdaşları fəal iştitak ediblər. Kompaniya zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan Eldar şamları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.
Bu cür tədbirlər ölkəmizin digər bölgələrində də keçirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man