DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, noyabrın 29-da səhər saatlarında Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənaranına yıxılmasını görüblər.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir. Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan
T.Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man