Çevik Polis Alayındaqanvermə aksiyası keçirilib - FOTO

İctimai nəqliyyat 26 Noyabr 2019 | 19:00
OXUNUB: 2578

 

Bu gün talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında qanvermə aksiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak ediblər. 

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor polis əməkdaşının sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb. 

Aksiyada iştirak edən polislər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah iş olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist aksiyada yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man