Vaqif Əsədov: "Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir"

İctimai nəqliyyat 25 Noyabr 2019 | 12:40
OXUNUB: 1015

"Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan məsafəsinə yaxın olan ərazidə sürüşmə olduğu üçün avtomobilin hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir.

Xüsusilə bütün yük avtomobilləri Bakı-Salyan yolunun 14-km-liyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb".

Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayon ərazisindən keçməklə hərəkətə davam edə biləcək:

"Bu əraziyə yaxın yerlərdə yaşayan sürücülər üçün müvafiq yol nişanları qoymaqla onların təhlükəsiz hərəkəti təmin ediləcək. Dövlət Neft Şirkətinin bu ərazidə olan fəaliyyətində istifadə etdiyi texniki vasitələrin də hərəkət istiqaməti təyin edilib. Onlar 20-ci sahə dairəsindən və ya Bayıl qəsəbə daxilindən keçməklə hərəkətə davam edə biləcəklər. Hazırda vəziyyəti nəzərə alaraq sürücülərdən paytaxt istiqamətindən mərkəzə doğru hərəkət edərkən 3-cü dairəvi yolla hərəkətlərini davam etdirmələrini xahiş edirik".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man