Hacıqabul RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vətəndaşın həyatını xilas ediblər. Avtosfer.az-ın məlumatına görə, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti tamamilə normallaşıb.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man