Nasaz avtomobillər tıxac yaratdı: DYP müraciət yaydı - VİDEO

İctimai nəqliyyat 05 Oktyabr 2019 | 16:46
OXUNUB: 1470

Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz avtomobillər idarə edən sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətlə yanaşı yol polisi videogörüntülər də yayıb. Görüntülərdən aydın olur ki, texniki cəhətdən nasaz olan avtomobillər yolda hərəkətin iflic olduğu bir vaxtda dayanır və uzunmüddətli tıxaca səbəb olurlar. Yol polisi müraciətdə onu da bildirir ki, bu cür nəqliyyat vasitələri ilə yola çıxmaq qətiyyən olmaz. Yol hərəkəti haqqında qanunun tələblərindən biri də sürücülərin avtomobilləri texniki cəhətdən saz vəziyyətdə saxlanması ilə bağlıdır. Bunu nəzərə alaraq DYP sürücülərə bildirir nasaz maşınlarla yola çıxmasınlar. Əgər hər hansı hadisə olarsa avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırsınlar. Lazım olduqda kömək də istəsinlər. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man