Ağcabədidə yol polisləri reyd keçirib - VİDEO

İctimai nəqliyyat 29 Sentyabr 2019 | 15:38
OXUNUB: 1469

Ağcabədi rayonunda Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücülərə qarşı reyd keçirib Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzalarının qarşısının alınması məqsədilə reyd təşkil olunub.

Reyd zamanı hərəkətin intensiv olduğu ərazilərdə polis əməkdaşları tərəfindən sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də, yeni dərs ilinin başlanması ilə əlaqədar şagirdlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərlə və şagirdlərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib. Məqsəd dərsdən çıxan şagirdlərin piyada keçidlərindən istifadə etməklə, yolda rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin nəqliyyatın hərəkət axınının normal qaydada təşkilini həyata keçirməkdir. Həmçinin reyd zamanı kobud qayda pozuntusuna yol verən, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlər aşkarlanıb və onların barəsində qanunamüvafiq tədbirlər görülüb.

Hərəkətin təhlükəsizliyinin təmin olunması, eləcə də piyadalar arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man