Yol polisi qaydaları pozan piyadalara qarşı reydlərə başladı - FOTO

İctimai nəqliyyat 19 Sentyabr 2019 | 22:10
OXUNUB: 2252

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhərin "Beşmərtəbə" adlanan ərazisində piyadalara qarşı profilaktik tədbirlər həyata keçirib. Avtosfer.az xəbər verir ki, əsas məqsəd təbliğat işlərinin genişləndirilməsi olub. 
 Avtosfer.az-a bildirib ki, keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb. 30-a yaxın piyada inzibati qaydada cərimələnib. Keçirilən tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Onların bəziləri peşmançılıqlarını bildirsələr də, bəziləri haqlı iradlar da bildiriblər. Qeyd olunub ki, təxminən bir ildən çoxdur ki, ərazidə piyada keçidlərində eskalatorlar işləmir. Yaşlı insanlar və uşaqlı qadınlar yolu keçiddən keçmirlər. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yalnız inzibati tədbirlər deyil eyni zamanda maarifləndirici söhbətlər aparılır. Bu da polisin cəmiyyət tərəfindən sevilməsi, vətəndaş məmnunluğunu əsas məsələdir. "Eyni zamanda polisin inanc yeri olması cəmiyyət tərəfindən qəbul edilir. Heç də təsadüfi deyil ki, hər hansı bir vətəndaş istənilən problem ilə üzləşdikdə Daxili İşlər Nazirliyinin 102 yaxud 902 çağrı mərkəzinə zəng edir."

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man