Sabunçuda bütün məktəblər yol polisinin nəzarətindədir - FOTO - VİDEO

İctimai nəqliyyat 16 Sentyabr 2019 | 12:45
OXUNUB: 2472

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərin ərazisinə nəzarət gücləndirib. Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları məktəblərin qarşısındakı piyada keçidlərinin yenilənməsi, yol nişanlarının qaydaya salınmasını təmin edərək həmçinin maarifləndirici aksiyalar təşkil edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatlar rayon ərazisindəki məktəblərin önünə vurulub. Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə söhbətlər aparıb. Bildirilib ki, azyaşlı şagirdlər nəzarətsiz buraxılmamalı, piyada keçidlərindən istifadə edilməli, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməlidir. 


Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

 

Elməddin Muradlı

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man