Şəki Dövlət Yol Polisi uşaq bağçasında - FOTO

İctimai nəqliyyat 06 Sentyabr 2019 | 16:49
OXUNUB: 1561

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədi ilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti tədbirlərdən biri də, 06 sentyabr 2019-cu il tarixdə Şəki şəhəri 16 saylı uşaq bağçasında keçirilib. Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar, bağçalara ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.

Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunub ki, bağçada təşkil olunan valideyn iclaslarında, onlara, azyaşlı uşaqların küçə və yollara nəzarətsiz buraxılmasının təhlükəli olduğu izah olunsun. Velosiped və ya arabacıqlar sürmək üçün, topla oynamaq üçün nəqliyyat olmayan yerlərdən, qapalı ərazilərdən istifadə olunsun.

Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev, bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Tədbir zamanı, uşaqlar öz bacarıqlarını nümayiş etdirib, yol nişanları, svetofor barədə şer və mahnılar səsləndiriblər.

Tədbirin sonunda, uşaq bağçasının müdiri Mətanət Məhərrəmova, Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə, bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man