Yol polisi bahalı maşınların "miqalkalarını" belə sökdü - VİDEO

İctimai nəqliyyat 28 Avqust 2019 | 19:57
OXUNUB: 6548

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində sayrışan işıqlardan istifadə edən, avtomobilə əlavə avadanlıq quraşdıran, eyni zamanda nömrəsiz maşın idarə edən sürücüləri saxlayıblar. Avtosfer.az xəbər verir ki, 10 AS 225 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü maşının ön hissəsinə sayrışan işıqlar və səs siqnalı quraşdırıb. 
99 HC 452 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü isə pultla idarə olunan sayrışan işıqları maşına quraşdırıb. 10 TK 060 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobilin sürücüsü "miqalka"dan istifadə edib. 99 DS 506 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü polis avtomobillərinə məxsus olan sayrışan işığı maşının ön alın şüşəsinin ortasına quraşdırıb. 
Aşkarlanan bütün avtomobillər duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man