Yol polisi Xətai rayonunda profilaktik-maarifləndirmə tədbirləri keçirib - FOTOLAR

İctimai nəqliyyat 28 Avqust 2019 | 19:21
OXUNUB: 1757

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" əməkdaşlarının da iştirak etdiyi tədbirlərdə yol hərəkəti qaydalarının tələblərinə riayət etməyən sürücülər saxlanılaraq onlara qanunun tələbləri izah olunub. Yol nizamlayıcı nişanların tələblərini yerinə yetirməyən, avtobus dayanacağında avtomobil saxlayan və qanunvericiliyi digər formada pozan sürücülərə xəbərdarlıq edilib, həm özlərinin, həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi üçün qaydalara daim əməl etmək tövsiyə olunub.

Həmçinin yolun qadağan olunmuş hissəsindən keçən piyadalarla da təhlükəsizliklə bağlı maarifləndirici söhbət aparılaraq, piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə edilməsi tövsiyə edilib və inzibati xəta ilə bağlı xəbərdarlıq olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man