Beyləqanda inək qəzasına gedən yol polisləri atı vurdu - 99 YP 636

İctimai nəqliyyat 28 Avqust 2019 | 14:00
OXUNUB: 3649

Bir neçə gün əvvəl Beyləqan yol polisinin əməkdaşları qəza törədiblər. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, hadisə Daşburun-Bəhramtəpə yolunda, "Beyləqan bulağı" adlanan ərazidə baş verib. Xəbərə görə, yol polisinin 99 YP 636 dövlət nömrə nişanlı "BMW" markalı avtomobili sürücünü təqib edib. Bu zaman yol polisinin avtomobili atla toqquşub. Zərbədən avtomobil yararsız hala düşüb. Xəbərdə deyilir ki, qəzaya düşən patrul maşını həmin ərazidə xidmətdə olmayıb. Özləri sürət həddini keçərək qəza şəraiti yaradıblar. 

Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bildirib ki, yol patrul əməkdaşları qəza yerinə gedərkən atla toqquşub: “Jiquli inəklə toqquşmuşdu. Bizim əməkdaşlar da həmin hadisə yerinə gedərkən atla toqquşublar. Qəza sənədləşdirilərək lazımi qurumlara məlumat verilib, atın sahibinə də protokol yazılıb".

Bölmə rəsi bildirib ki, maşın artıq təmir olunub və xidmətə verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man