Yol polisi daha bir qaçırılmış avtomobili saxladı - FOTO

İctimai nəqliyyat 27 Avqust 2019 | 14:41
OXUNUB: 1078

Azərbaycanda daha bir qaçırılmış avtomobil yol polisi tərəfindən aşkarlanaraq sahibinə qaytarılıb. Avtosfer.az xəbər verir ki, avqustun 25-də 10 DB 240 dövlət nömrə nişanlı, VAZ 2109 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Masallı rayonundan oğurlanan avtomobil Bakı istiqamətində hərəkət edir. Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, komandir əvəzi, polis kapitanı Namiq Əzizovun rəhbərliyi və YPX baş inspektoru Bakir Həsənov, polis kapitanı Elçin Orucov və polis serjantı Məhəmməd Şeyxovun daxil olduğu əməliyyat qrupu avtomobili saxlamağa müvəffəq olub. Avtomobilin sürücüsü Zaur Fətullayev və avtomobildə olan 4 sərnişin saxlanılaraq Qaradağ rayon 38-ci polis bölməsinə təhvil verilib.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man