Şəmkir yol polisi "Təmiz hava" aylığı ilə bağlı reyd keçirib - FOTO

İctimai nəqliyyat 27 Avqust 2019 | 13:58
OXUNUB: 1410

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığını davam etdirir. 
Bu gün Şəmkir rayon Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər keçirib. Tədbir zamanı texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. 
Avtosfer.az xəbər verir ki, yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
 YPX əməkdaşları  sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıb. Sürücüləri bu tələbləri qorumağa çağırıb və bəyan edib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özlərini, həm də daşıdığı sərnişinləri təhlükəyə atmaqla ətraf mühiti daha çox çirkləndirirlər.
Reyd zamanı bildirilib ki, sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar. Əks təqdirdə yol polisi bu cür nəqliyyat vasitələrini idarə edən sürücülərə güzəşt etməyəcək və onların barəsində inzibati protokol tərtib olunacaq. 
Xatırladaq ki, "Təmiz hava" aylığı avqust ayı ərzində davam etdiriləcək. və bu tədbirlər respublikanın digər bölgələrini də əhatə edəcək. 
Xatırladaq ki, nasaz nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man