Yol polisi proflaktiki tədbirləri davam etdirir - FOTO - VİDEO

İctimai nəqliyyat 27 Avqust 2019 | 12:01
OXUNUB: 958

Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji nəzarət” bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində proflaktiki tədbirləri davam etdirirlər. Avtosfer.az xəbər verir ki, “Ekologiya postu”nda texniki cəhətdən nasaz olan, eləcə də normadan artıq zəhərli qaz ixrac edən nəqliyyat vasitələri aşkar edilib. Bəzi avtomobillərin əyləc və sükan idarəetmə mexanizmininin nasaz olduğu üzə çıxıb. 

Son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir. Ekoloji nəzərət Bölüyü mütamadi olaraq sürücülər arasında maarifləndirmə işləri aparır. 
Qeyd edək ki, “Təmiz hava” aylığı avqust ayı boyunca davam edəcək. Bu günə qədər “Ekologiya postu”nda yüzlərlə sürücüyə cərimə yazılıb, xəbərdarlıq olunub.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man