Yol polisindən "basdıracağam səni" məsələsinə münasibət

İctimai nəqliyyat 26 Avqust 2019 | 11:16
OXUNUB: 955

"Gəncə şəhər sakini Mehdi Əliyevin bəzi xəbər saytlarında Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları barədə iddiaları həqiqətə uyğun deyil və əslində yol polisi-sürücü münasibətlərinə aid sıradan bir hadisənin mahiyyətinin təhrif olunmasıdır."

Bunu Avtosfer.az-a DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional 

qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov deyib. Onun sözlərinə görə, avqust ayının 19-da vətəndaş özünə məxsus 20-CR-669 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, sürücünün idarə etdiyi avtomobilin texniki baxış müddəti bitib. Təbii ki, yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü M. Əliyev  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub. Bununla razılaşmayan sürücü polis əməkdaşına qarşı aqressiv münasibət göstərərək, onun barəsində nalayiq ifadələr işlətməklə xidməti vəzivəsini yerinə yetirməyə maneə törətməyə cəhd göstərib. Sürücünün qeyri-adekvat hərəkətlərini davam etdirdiyini görən yol polisi əməkdaşı hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək M. Əliyevi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin bölməsinə aparıb. Orada vətəndaşın izahatı alındıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) barəsində protokol tərtib olunaraq cərimə tənbeh növü tətbiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man