Sabunçu yol polisi bir gündə iki aksiya keçirdi - VİDEO

İctimai nəqliyyat 20 Avqust 2019 | 14:00
OXUNUB: 1400

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar davam edir.

Avqust ayının 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbir keçirib. Avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan biraz artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

YPX əməkdaşları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Avtosfer.az saytının təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiya da keçirib. Aksiya zamanı müxtəlif maarifləndirici şüarlar əks olunan şüarlar çimərliklərin girişinə vurulub.

50-dən artıq sürücü ilə yol polisi əməkdaşları tərəfindən söhbətlər aparılıb. Onlara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man