Avqustun 8-dən 10-dək Daxili İşlər Nazirliyinin müxtəlif strukturlarının komandaları arasında odlu silahdan atıcılıq üzrə yarış keçirilib. Avtosfer.az xəbər verir ki, yarışda Baş Dövlət Yol Polisi İdarəsinin komandası bütün mərhələləri uğurla keçərək birinci yerə layıq görülüb. Avtomat və tapançadan hədəflərə atəş açan yol polisləri yüksək nəticə göstərib. İkinci yerə Çevik Polis Alayının, üçüncü yerə isə Daxili Qoşunların komandası layiq görülüb.
Ümumilikdə yarışda Daxili İşlər Nazirliyinin idarə və baş idarələrindən 11 komanda iştirak edib. Qaliblərə diplom və qiymətli hədiyyələr verilib.
Elməddin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man