Şəki DYP-dən sürücülərə xəbərdarlıq - “Təmiz hava” aylığı

İctimai nəqliyyat 31 İyul 2019 | 14:08
OXUNUB: 1901

Nəqliyyat vasitələrinin istismarı zamanı mühərrikdən xaric olan zəhərli tullantılardan atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə avqust ayında ölkə üzrə “Təmiz hava” aylığı keçirilir. “Təmiz hava” aylığında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirəcək.
“Təmiz hava” aylığı böyük əhəmiyyət kəsb edən bir tədbir olmaqla ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, insanların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bu tədbirin səmərəli keçməsində aidiyyatı təşkilatlar da yaxından iştirak etməlidirlər.
Şəki Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən bu istiqamətdə müəyyən işlər həyata keçiriləcək. Hərəkət iştirakçıları ilə əhali arasında bu tədbirin məqsədi və əhəmiyyəti barədə söhbətlər və izahat işləri aparılır. Eyni zamanda küçə və yollarda mütəmadi olaraq reydlər keçiriləcəkdir. Qazanalizatorlardan istifadə edilərək ixrac qazların zəhərlilik dərəcəsi yoxlanılacaqdır. Zəhərliliyin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri haqqında müvafiq tədbirlər görüləcəkdir.
“Təmiz hava” aylığı ərəfəsində sürücüləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərə riayət edilməsinə qarşı daha diqqətli olmağa çağırırıq. Belə ki, gündəlik olaraq nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, xüsusilə karbirator sisteminin, mühərrikin nasazlıqları aradan qaldırılmalıdır.
Mühərriki nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi faktı aşkar edilərsə, həmin avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat məbləğində cərimə olunmaları barədə qərar qəbul ediləcək.

 

Tural Niftalıyev,
Şəki DYPB-nin əməkdaşı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man