Həmkəndlisini bıçaqlayıb kanala atdı; polislər vaxtında görməsəydi... - FOTO

İctimai nəqliyyat 31 İyul 2019 | 14:14
OXUNUB: 9796

Beyləqanda həmkəndlilər arasında qanlı dava baş verib. Onlardan biri digərini bıçaqla vuraraq su kanalına atıb. Polis əməkdaşlarının dərhal hadisəyə müdaxiləsi nəticəsində suya düşən şəxs xilas edilib, onu bıçaqla vuran şəxs isə elə hadisə yerindəcə yaxalanıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da, səhər saat 10:00 radələrində Beyləqan şəhəri, Magistral küçəsində baş verib. Ərazidə avtopatrul xidməti aparan Beyləqan rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşları Şəmşir Nərimanlı və Yusif İbrahimli “Kral” şadlıq sarayının qarşısından keçən su kanalının yaxınlığında iki nəfərin dalaşdığını və birinin o birini bıçaqla vuraraq su kanalına atdığını görüblər. Polislər dərhal onlara yaxınlaşaraq xəsarət yetirən şəxsi zərərsizləşdiriblər. Ağır xəsarət alaraq su kanalında boğulan və xeyli qan itirərək huşsuz vəziyyətdə olan şəxsi isə peşəkarlıq göstərərək çətinliklə də olsa sudan çıxarıblar. Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəsarət yetirən şəxsi isə Polis Şöbəsinə gətirərək barəsində tədbir görülməsi üçün təhvil veriblər.
Araşdırma zamanı müəyyən olunub ki, Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini Əlyarov Emil Atamoğlan oğlunun həmkəndlisi Həsənov Rahib Camaləddin oğlu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Rahib Həsənov Emil Əlyarovu öldürmək məqsədilə əvvəlcədən üzərində saxladığı bıçaqla onun ürək nahiyəsindən vuraraq su kanalına atıb. 
Polis əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Emil Əlyarovun həyatı xilas edilib.
İndi Beyləqanda hər kəs bu polislərin qəhrəmanlığından, Azərbaycan polisin ayıq-sayıqlığından danışır.

 

Elməddin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man