Yol polisi doğum gününə 1 gün qalmış ölümlə üzləşən uşağı xilas etdi - VİDEO

İctimai nəqliyyat 22 İyul 2019 | 12:43
OXUNUB: 2513

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət bölüyünün əməkdaşı baş serjant Vüqar Cəbrayılov körpənin həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, Ekologiya postunun ərazisində xidmət apararkən üzərində taksi nişanı olan “Opel” markalı avtomobil postda saxlayıb. Sürücü bildirib ki, avtomobildə azyaşlı uşaq var və vəziyyəti pisləşib. Vüqar Cəbrayılov dərhal məsələyə müdaxilə edib. Məlum olub ki, yüksək hərarəti olduğu üçün körpə qıcovma olub. Yol polisi əməkdaşı körpəyə ilkin tibbi yardım göstərərək onun dilinin qatlanmasına mane olub. Ardınca uşaq nəfəs alaraq özünə gəlib. Yol polisi əməkdaşı uşağı partul avtomobili ilə təcili olaraq Respublika Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra körpənin həyatı xilas edilib.

Süleyman adlı həmin uşağın hadisənin səhəri günü 1 yaşı tamam olub. Doğum günün mərasiminə YPX əməkdaşı Vüqar Cəbrayılov da dəvət olunub. Məclis zamanı körpənin həyatını xilas edən yol polisinə valideynlər və yaxınlar tərəfindən təşəkkür olunub.

Hazırda balaca Süleymanın ailəsi onun həyatını xilas edən yol polisi əməkdaşı ilə ailəvi dosta çevrilib. Tez-tez zəngləşir, görüşürlər.

Hadisə zamanı ərazidə olan müşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man