Şəki DYP uşaq bağçasında - FOTO - VİDEO

İctimai nəqliyyat 19 İyun 2019 | 21:16
OXUNUB: 2414

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 19 iyun 2019-cu il tarixdə Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evində maarifləndirici tədbir keçirib.Uşaqlara əyani vasitələrdən istifadə etməklə piyada,avtomobil,küçə,yol,səki,işıqfor,piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumat verilib.Uşaq bağçasının tərbiyəçilərinə tövsiyyə olunub ki, uşaqlara işıqfor və digər yol nişanlarına,yol hərəkəti qaydalarına aid şeir və mahnılar öyrədilsin. 
         Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evinin müdiri xanım Güllər Mənəfova bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək belə tədbirlər təşkil etdiyinə görə polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.Güllər Mənəfova bildirib ki, ötən il yəni 2018-ci ilin 30 mart tarixində polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evində tədbir keçirərkən çəkilmiş fotoşəkillərdən nümunələr əks olunmuş “UŞAQ BAĞÇAMIZIN DOSTU” adlı lövhə hazırlayaraq uşaq bağçasının dəhlizində asıblar.Uşaqları bağçaya gətirən valideynlər bu lövhəni gördükdə Dövlət Yol Polisinin uşaqlarla dostluq etməsini və yol hərəkəti qaydaları barədə maarifləndirməsini yüksək qiymətləndirdiklərini qeyd edirlər. 
        Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində davam  etdiriləcəyini qeyd edib.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man