Yol polisləri "Son zəng" günü məktəblərdə maarifləndirmə işləri apardı - FOTO - VİDEO

İctimai nəqliyyat 14 İyun 2019 | 14:13
OXUNUB: 1650

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə qatılıblar. Avtosfer.az xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq qərarına əsasən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə Yol Polisi İdarəsi rəhbərliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq qatılıblar. Əsas məqsəd təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda məktəblərdə valideynlərə və məzunlara yol polisi tərəfindən hazırlanmış tövsiyələr çatdırılıb. Tövsiyələrdə "Son zəng" günü məzunlara valideynlərin və yaxın qohumların avtomobillərindən istifadə etməmək tövsiyə olunub.

Avtosfer.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur: “Yol polisi əməkdaşları “Son Zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa səsləyirik. Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.

Qeyd edək ki, rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birgə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təhkim edilmiş əməkdaşları məktəblərdə müxtəlif görüşlər təşkil ediblər. Görüşlərdə məzunlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin məktəblərə yaxın küçə və prospektlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az fotolar və video təqdim edir:

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man