Yol polisi "Son zəng"lə bağlı məzunları maarifləndirdi – Sumqayıtda - VİDEO

İctimai nəqliyyat 13 İyun 2019 | 14:19
OXUNUB: 1699

Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları məktəblərdə məzunlarla görüşlər keçirib. Avtosfer.az xəbər verir ki, 11 nömrəli məktəbdə keçirilən maarifləndirici tədbir zamanı çıxış edən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, Polis Baş leytenantı Elçin Qasımov məzunları təbrik edib. Bildirib ki, “Son zəng” günü məzunlar valideynlərinin və yaxın qohumlarının avtomobillərini götürərək sürməsinlər. “Bu sizin həyatınız üçün təhlükəlidir. Başa düşürük ki, bu gün sizin sevinci günününzdür. Amma həm qanunla bu qadağandır, həm də xoş gününüz pozula bilər. Ani bir qəza sizin bu sevincli gününüzü kədərə çevirər.”

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat-təşviqat üzrə inspektoru, Polis Baş leytenantı Fərid İldırımzadə çıxışında bildirib ki, artıq şəhərdəki bütün məktəblərin önünə yol polisi tərəfindən hazırlanmış 4 bənddən ibarət xəbərdaredici məlumatlar vurulub. “Bu həm də valideynlər üçün tövsiyədir. Övladlarının təhlükəsizliyi üçün xüsusilə “Son zəng” günü onlara nəzarət etsinlər.”

Tədbirdə həmçinin məzunları yol-hərəkəti ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man