“Yol polisinin gənc köməkçisi” dəstəsi Belarusda növbəti qələbə qazandı - FOTO

İctimai nəqliyyat 04 İyun 2019 | 15:41
OXUNUB: 2527

28 may - 1 iyun 2019-cu il tarixlərində Belarusun Bobruysk şəhərində “Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısı keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə ölkəmizi “Yol polisinin gənc köməkçisi” dəstəsinin üzvləri - 245 saylı tam orta məktəbin şagirdləri Səma Balıyeva, Milana Əliyeva, Nigar Məlikova, Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli, Anar Həsənli və Fərhad Ağazadə təmsil ediblər. Tədbirdə dəstəni 245 saylı tam orta məktəbin müəllimi Məlahət Ağayeva və Daxili İşlər Nazirliyinin Baş Dövət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani müşayət edib.
Belarusun regionlarından, eləcə də MDB ölkələrindən tədbirə qatılan “Gənc Yol Hərəkəti İnspektorları” müxtəlif intellektual, bədii və idman müsabiqələri keçirmiş, rəqs və teatral bacarıqlarını nümayiş etdirib, izləyicilərə yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tamaşalar göstəriblər. Növbəti mərhələdə yol hərəkəti qaydalarına aid bilik müsabiqəsinə və viktorinalara qatılan tədbir iştirakçıları sonda yol hərəkəti təhlükəsizliyinə dair məlumatların mənimsənilməsinə həsr olunmuş oyunlarda iştirak ediblər.
Azərbaycanı təmsil edən “Gənc Yol Hərəkəti İnspektorları” dəstəsi toplantının bütün mərhələlərində yüksək aktivlik, bilik və bacarıq nümayiş etdirərək münsiflər heyətinin səs çoxluğu ilə müsabiqənin qalibi diplomuna layiq görülüb, medal və kubokla mükafatlandırılıblar. 
Eyni zamanda, toplantının bağlanış mərasimində müsabiqə və viktorinalarda fəal iştirak edərək qalib gəlmiş bir neçə həmvətənlimizə fərdi diplom və hədiyyələr təqdim edilib, habelə bütün dəstə üzvlərinə dövlətlərarası toplantıda iştirak etmələrini təsdiq edən şəhadətnamələr təqdim olunub. 
Tədbirdə çıxış edən iştirakçı yeniyetmələr həmyaşıdları ilə ünsiyyət qurmalarını, bilik və təcrübələrini digər dövlətlərdən olan üşaqlarla bölüşmələrini toplantının əsas dəyəri kimi qiymətləndirib, təmsil etdikləri ölkəyə və məktəbə qayıtdıqdan sonra əldə etdikləri bilikləri digər şagirdlərlə paylaşacaqlarını böyük coşqu hissi ilə vurğulayıblar.
Qeyd edək ki, bu Azərbaycanın “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin beynəlxalq toplantılarda qazandığı sayca 3-cü qələbəsidir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man