Şəki polisi maarifləndirmə işlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 01 İyun 2019 | 12:23
OXUNUB: 1303

2018/2019-cu tədris ilində  Şəki Şəhər –Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun bütün ümumtəhsil müəssisələrində “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları” və  “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında maarifləndirmə tədbirləri həyata keçirilir. Növbəti tədbir 31 may 2019-cu il tarixdə  Şəki şəhəri 21 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə,  Şəki Şəhər Təhsil Şöbəsinin metodisti  Anar Məmmədov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,  polis baş leytenantı Tural Niftalıyev, şöbənin azyaşlılar üzrə baş inspektoru polis kapitanı Anar Xalıqov və inspektoru polis kapitanı  Səlim Səlimov, məktəbin direktor müavini Gülnaz Cabbarova, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan mövzularla bağlı ətraflı məlumatlar verilib və  şagirdləri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, Şəki şəhəri 21 saylı tam orta məktəb Şəki-Oğuz şossesinin tam yaxınlığında avtomobil yoluna bitişik yerləşdiyi üçün bu məktəbdə təhsil alan şagirdlər yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalıdırlar. Şagirdlər, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,  polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydaları barədə verilən sualların cavablandırılmasında  aktivlik nümayiş etdiriblər. 

Şəki şəhəri 21 saylı tam orta məktəbin direktor müavini Gülnaz Cabbarova bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək  hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man