Azərbaycanda bir sürücü iki yol polisini döydü - ŞOK

İctimai nəqliyyat 30 May 2019 | 13:40
OXUNUB: 4566

Gəncədə yol polisi işçilərinin qanuni tələbinə əməl etməyərək onlara hücum etmiş şəxsə cinayət işi açılıb. Gəncənin Nizami rayonunda yol polisi tərəfindən avtomobili saxlanılan Məhərrəmov Toğrul Eyvaz oğlu DYP əməkdaşlarının tələbinə əməl etməyib. O, yol polisi əməkdaşı Abdıyev Mürşüd Sabir oğlu və Əsgərov Xəyyam Xəqani oğluna hücum edərək onlara xəsarət yetirib. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci, yəni hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə-həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi ilə iş açılıb.

T.Məhhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Qeyd edək ki, yuxarıda qeyd edilən maddə üzrə təqsirləndirilən şəxslər qanuna əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

news24.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man