Yol polisi ilə bir gün - FOTO

İctimai nəqliyyat 27 May 2019 | 22:55
OXUNUB: 1399

Şəki məktəbliləri Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə ekskursiya ediblər. “Yol polisimizlə bir gün” adlı tədbir «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq tədbirləri çərçivəsində baş tutub.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsindən Avtosfer.az-a verilən məlumata görə, ekskursiyada, Şəki şəhər 11, 12, 14 və 17 nömrəli tam orta məktəblərinin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak edib.Komandaya Şəki Şəhər Təhsil Şöbəsinin metodisti Anar Məmmədov rəhbərlik edib. 
Burada şagirdlərə Dövlət Yol Polis Bölməsinin xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev məktəblilərə Ümummilli Lider Heydər Əliyevin bir kəlamını xatırladıb: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Ona görədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmr və göstərişlərinə əsasən təbliğat və maarifləndirmə işlərinə  geniş yer verildiyi qeyd olunub.
Məktəblilər bölmənin inzibati binasının dəhlizində yaradılmış təbliğat və maarifləndirici görüşlərin fotoşəkillərindən nümunələr əks olunmuş “DYP GUŞƏSİ”nə baxıblar.
Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man