Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib

İctimai nəqliyyat 24 May 2019 | 15:13
OXUNUB: 1481

Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Rauf Məmmədov ərazidə xidmət apararkən yol kənarında azyaşlının yerə yıxıldığını görüb. Hadisə yerinə yaxınlaşdıqda isə məlum olub ki, 16 yaşlı Şamxal Həşim oğlu Bağırov qıcolma nəticəsində özündən gedib. Huşsuz vəziyyətdə olan məktəblini yol polisi dərhal xidməti avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin vaxtında müdaxiləsindən sonra Ş.Bağırovun vəziyyəti sabitləşib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man