Polis polkovnik-leytenantı Eduard Məmmədovdan daha bir qələbə - FOTO

İctimai nəqliyyat 24 May 2019 | 13:23
OXUNUB: 1244

Xəbər verildiyi kimi, may ayının 16-dan 19-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində kikboksinq üzrə WAKO - 25-ci Dünya Kuboku keçirilib. 3 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda  milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, əməkdar idman ustası Eduard Məmmədov inamlı mübarizə aparıb.
Təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında  üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan  E.Məmmədov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib.  Daha sonra rumın və macar idmançıları da məğlub edən kikboksçumuz dünya kuboklarının sayını 7-yə çatdırıb. Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 5 medal əlavə ediblər. Onlardan Amin Quliyev, Nicat Ələkbərli qızıl, Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medal qazanıblar. 
Onu da qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.
Xatırladaq ki, polis polkovnik-leytenantı E.Məmmədov idmanın kiqboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.

 


Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man