Yol polisi dünya çempionatında qələbə qazandı - FOTO

İctimai nəqliyyat 13 May 2019 | 12:39
OXUNUB: 1331

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov Kempo üzrə XVI Dünya çempionatı və Dünya kubokunda iştirak etməklə növbəti dəfə uğur əldə edib.

Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, İspaniyanın Qvadelaxara şəhərində keçirilən çempionatda 67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub. Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olaraq dünyanın beş ən böyük təşkilatçıları (Şorinci Ryu Kempo, Nippon Kempo, Kempo Ryu,UWSKF, ICKKF) onların da komandaları yarışda iştirak ediblər.

Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında Vüsal Qələndərov nokdaun versiyasında kişilər arasında 95 kg çəki dərəcəsində ikinci yer qazanıb.

İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıblar.

Qeyd edək ki, çempionatda idmançılarımızın iştirakını Gənclər və İdman nazirliyi təmin edib.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man