Yaşlı qadın 3 min manatı itirdi, bir gün sonra yol polisləri tapıb gətirdi - FOTO

İctimai nəqliyyat 05 May 2019 | 01:56
OXUNUB: 1875

Torpağın yaddaşına yazılmaq hər kəsə nəsib olmur. Heç Vətən də “papağını günə yandırana” oğlum demir. Bax, elə “Vətən mənə oğul deməz”i özünə dərd eləyən oğullar ən ağrılı, əzablı günlərində onu təklənməyə qoymayıb, çətinə, əzaba dözüb daş ömrünü, xış ömrünü yaşadılar. Sinələri gülləyə sipər olanda da bir addım irəli yıxıldılar ki, boyları qədər Vətən torpağını qorusunlar. 
Torpaq, dağ, qaya qoynunda döyüşəni, onu qoruyanı heç vaxt unutmur. Amma bəziləri...
Bu gün bostanına daş atanlar olsa da, haqqını dananlar ağız-ağıza versə də fakt elə faktlığında qalır. Azərbaycan Polisi 100 il öncəki Vətən sevdalısıdır. Onun üçün bir həqiqət var və o həqiqət də Azərbaycan durduqca var olacaq. Bu torpağı, bu vətəni əmin əllərə qansız, qadasız etibar etmək, sapı özgələrin əlində olan  “özümüzünkülərdən” qorunmaq üçün xalqımızın inamına, etibarına söykənib asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanır. Bu gün də ürəyi səngərdədir. Uçunur qələbə üçün...
Bəzi ağzıgöyçəklər yazırlar ki, bir balaca çətinə, dara düşənlər asayiş keşikçilərindən gördükləri köməkliyi çox şişirdirlər, bunu reklam həddinə çatdırırlar.
Haqqın mizanı, dünyanın düzəni o zaman pozulur ki, xeyirlə-şəri, yaxşı ilə pisi ayırd edə bilməyən əlinə qələm alır. İndi heç qələmə ehtiyac qalmır. Bir barmağın hərəkəti ilə vicdanlar alınır, satılır. 
Polis yenə köməyə çatır, yenə həyat qurtarır, yenə də cinayətkarlıqla mübarizə aparır, gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən qorumaq üçün var gücünü səfərbər edib. Bunu biz demirik, polisi sevənlər, onu doğması, əzizi bilənlər deyirlər. 
Elə Svetlana Ağababayeva da polisimizdən razı qalan, ona ömür boyu duaçı olanlardandır. 
Səbəbini biz yazaq, siz də oxuyun. Bankdan kreditə götürdüyü 3 min manatı və sənədlərini itirir. Yolu, izi, gümanı gələn hər yeri axtarsa da tapa bilmir. Əli hər yerdən üzülür. Bir gün sonra qapılarını Oğuz RPŞ DYPB-nin əməkdaşları döyürlər. Sənədlərini və itirdiyi pulu ona təqdim edəndə matı-qutu quruyur. İndi bu qədər pulu kim tapıb da qaytarar ki...
Qadın bəlkə də həyatının şokunu yaşayır. Polis əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov isə sakitcə şəhər ərazisində xidmət apararkən tapdıqlarını deyirlər və heç sağ ol gözləmədən çıxıb gedirlər...
Bu, insanların özünə hər zaman arxa, dayaq bildiyi polisimizin bəlkə də hər gün etdiyi xeyirxahlığın mindən biridir.
Yeri gəlmişkən, xüsusilə də ölkəmizdə keçirilən böyük tədbirlərdə həmkarlarımız dəfələrlə belə hadisələrlə üzləşiblər. Sənədlərini, külli miqdarda itən pulunu, ən qiymətli əşyasını polislərimizin tapıb sahibinə qaytarması bu sabitlik adasında əmanətə xəyanətin olmadığının bariz nümunəsidir.

 

HafizTəmirov,
polis mayoru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man