Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

İctimai nəqliyyat 03 May 2019 | 08:24
OXUNUB: 1637

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni “ saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Belə ki, “Opel” markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsü Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən olunub.

Sürücü V. Nəbiyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man