İyun ayının 20-27-si tarixləri arasında Rumıniyanın Gorgenia şəhərində Boks üzrə Beynəlxalq turnir keçirilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası Milli komandasının rəhbərliyi altında Emili Rzayeva yarışa qatılıb. Yarım finalda Bolqarıstan idmançısıyla qarşılaşan Emili, rəqibini 3:0 hesabıyla udaraq qələbə qazanıb. Finalda isə ötən ilin mükafatçısı, Rumıniya idmançısı olan Tanassesku Diana ilə meydana çıxıb. Bu görüşdə də qalib gələn idmançı Emili qızıl medal qazanaraq kürsünün birinci yerinə qalxıb və Azərbaycan Respublikasının Dövlət himnini səsləndirib. Emili Rzayeva bu qələbəsini Daxili İşlər Naziri Vilayət Eyvazova və Azərbaycan polisinə həsr etdiyini deyib. “Daxili İşlər Nazirliyini təmsil etdiyimə görə qurur duyuram!“ deyən idmançı arzusunu da dilə gətirib. O bildirib ki, arzusu Daxili İşlər naziri cənab Vilayət Eyvazovla şəkil çəkdirməkdir.
Emili Rzayeva Bakı şəhər DYPİ-nin rəisi, polkovnik Rəşid Piriyevə və YPX Alayının komandiri, polkovnik Raif Süleymanova dəstək üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Emil Rzayevin qızıdır.
Daha ətrafli videosujetimizdə:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man