Göygöldə reyd keçirildi - Qayda pozan 15 sürücü cərimələndi - FOTO

İctimai nəqliyyat 21 İyun 2022 | 11:38
OXUNUB: 650

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər çərmivəsində rayon ərazisində reydlər təşkil olunub.

Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, dövlət qeydiyyat nişanı olmadan və ya sərxoş halda hərəkətdə olan sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.  
Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.
Monitorinq zamanı 15-ə yaxın sürücü barəsində inzibati tədbir görülüb, bir nəfər barəsində isə protokol tərtib olunaraq məhkəməyə göndərilib. 

 

Leyla

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man