Şəkidə xidməti avtomobillərin sazlığı yoxlanılıb.
Nəqliyyat vasitələrinə texniki qulluq səviyyəsinin yüksəldilməsi, onların lazımi təchizatlarla təmin edilməsi ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasının həyətində xidməti avtomobillərə baxış keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbənin rəhbərliyinin iştirakı ilə keçirilən baxış zamanı avtomobillərin mövcud vəziyyəti yoxlanılıb və aşkar edilmiş çatışmazlıqların tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti əməkdaşlara lazımi göstərişlər verilib. Həmçinin, polis əməkdaşlarının idarə etdikləri şəxsi nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi, sürücülük vəsiqələrinin etibarlılıq müddəti yoxlanılıb, tələblər onların diqqətinə çatdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man