Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsi məqsədilə rayonun İsmət Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən DYPB-nin əməkdaşları yol hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə şagirdlərə ətraflı məlumat veriblər.Təhsil müəssisələrində belə görüşlər keçirməkdə əsas məqsədlərinin azyaşlıların zərər görməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirmək olduğunu diqqətə çatdırıblar. Sonda şagirdlərə piyada keçidlərindən necə istifadə etmələri, hansı halda yolu keçmələri, eləcə də digər yol-hərəkəti qaydaları əyani şəkildə izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man