Qaxda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospetlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbir keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hərəkətin intensiv olduğu yollarda dayanma-durma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunub və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man