Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib - FOTO - VİDEO

İctimai nəqliyyat 08 İyun 2022 | 18:30
OXUNUB: 1059

Daxili İşlər Nazirliyi “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Müraciətdə bildirilir:

“Məlumat verildiyi kimi “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 6 iyun gecə saat 01:00-dan etibarən 14 iyun səhər saat 06:00-dək məhdudlaşdırılıb. Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man