Manaf Ağayevin maşını saxlanıldı; qohumu olan sürücü cərimələndi - VİDEO

İctimai nəqliyyat 07 İyun 2022 | 18:38
OXUNUB: 3818

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil qayda pozuntusu edərkən kameraya düşüb. Belə ki, sürücü 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, törədilmiş xətayla bağlı yayılmış videogörüntü araşdırılıb və həmin nəqliyyat vasitəsini idarə edən sürücü Fərmanov Elvin Bəhmən oğlu olduğu müəyyənləşdirilib. Onun barəsində inzibati protokol tərtib olunub. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 60 manat, 3 bal cərimə edilib. 

 

Nərminə Əli

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man