Baş Dövlət Yol Polisi İdarəsindan bütün hərəkət iştirakçılarına VACİB MÜRACİƏT

İctimai nəqliyyat 07 İyun 2022 | 17:51
OXUNUB: 599

“2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib. Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyun ayının 6-dan 13-dək  Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.                       

Paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Eyni zamanda rayonlardan paytaxta ərzaq və kənd təsərrüfatı məhsulları daşıyan sürücülərin nəzərinə çatdırılır ki, həmin mallar şəhərə yalnız gecə saat 01:00-dan səhər saat 06:00-dək daşınmalı, yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir.          

Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man