"Sürücülərin əks zolaqla hərəkəti bəzən qayda pozuntusu hesab edilmir" - VİDEO

İctimai nəqliyyat 07 İyun 2022 | 16:03
OXUNUB: 1858

“2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, yollardakı vəziyyəti nizamlayan polis nəfərləri sürücülərə istiqamət verirsə, onların əks zolaqla hərəkəti qayda pozuntusu hesab edilmir”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi yollardakı vəziyyətlə bağlı vətəndaşlara bir daha çağırış edib:

“Məlumat üçün vətəndaşların, nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırmaq istəyirik ki, "Formula 1" ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması və istiqamətlərin dəyişdirilməsi ilə bağlı Yol Patrul Xidməti əməkdaşları gücləndirilmiş qaydada bütün yol ayrıclarında hərəkətin nizamlanması ilə bağlı sürücülərə müxtəlif formalarda, vəziyyətə uyğun olaraq, hərəkət istiqamətlərinin dəyişdirilməsi ilə bağlı göstərişlər verə bilərlər.

Sürücülər unutmamalıdırlar ki, nizamlayıcı qismində verilən bütün göstərişlər icra olunmalıdır və bu hərəkət baxımından üstün hesab olunur. Xüsusi texniki vasitələrlə, müşahidə kameraları ilə bu cür hallarda sürücülərə cərimə tətbiq olunmur".

"Bir daha qeyd etmək istəyirəm ki, Yol Patrul Xidməti əməkdaşalarının nizamlayıcı qismində verdiyi bütün göstərişlər üstün hesab edilir", - A.Əsgərli vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man