Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,şəhər ərazisində, hərəkətin intensiv olduğu küçə və prospektlərdəkeçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu həmin şəxslərə izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man