Paytaxtdakı bu yol bağlandı - Vaqif Əsədov sürücülərə alternativ YOLLAR məsləhət görür

İctimai nəqliyyat 31 May 2022 | 15:38
OXUNUB: 4860

Bu gün səhər saatlarından etibarən yol polisi Dövlət Bayrağı Meydanı istiqamətindən Azneft dairəsinə doğru hərəkətdə olan avtomobillərin qarşısını kəsərək “İnturist” mehmanxanasının yanından geriyə Bayıl istiqamətinə hərəkət etməyə göstəriş verib. Həmin ərazidən şəhərin mərkəzinə yalnız marşrut avtobuslarının hərəkətinə icazə verilib.

Təbii ki, Azneft dairəsinə yolun bağlanması, sürücülərin narazlığına səbəb olub.

Bəs, həmin yol niyə bağlanıb? Yolun bağlanacağı barədə niyə əvvəlcədən elan verilməyib? Sürücülər getmək istədikləri ərazilərə başqa hansı yollardan gedə bilər?

Bu barədə Redaktor.az-ın suallarını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov dedi ki, yolun bağlı olmasına səbəb şəhərdə quraşdırılan beton maneələrdir:

“Bilirsiniz ki, Formula 1 Qran-prisi yarışının keçirilməsinə çox az bir müddət qalıb. Bununla əlaqəli paytaxtın mərkəzi küçələrində, hal-hazırda yarış keçiriləcək küçə və prospektlərdə beton maneələr qoyulub. Məhz bu maneələrin qoyulması mərkəzi küçələrdə hərəkətlə bağlı süni sıxlıq yaşanmasına səbəb olur. Hal-hazırda bir neçə ərazidə zolaqlar, qoyulmuş maneələrin hesabına daralıb. Məsələn, Üzeyir Hacıbəyov küçəsi ilə Puşkin küçəsi kəsişməsindən Azadlıq istiqamətində olan hissəsi. Dörd zolaqlı yolun iki zolağını Formula 1-lə əlaqəli bağlayıblar. Əziz Əliyev küçəsi kəsişməsindən Neftçilər prospekti ilə Rəsul Rza küçəsi kəsişməsinədək olan hissəsi iki hissəyə bölünüb. Hal hazırda Azneft dairəsi kimi tanınan ərazi artıq Formula 1-lə əlaqəli bağlanılıb, orada işlər gedir. Məhz bu istiqamətlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün 20-ci sahə dairəsindən, Bayıl qəsəbəsindən, 14-cü km-dən istiqamətləri dəyişdirilir. Ancaq ictimai nəqliyyat vasitələri buraxılır ki, sərnişinlər rahat hərəkət edə bilsin. Avtomobil sahiblərinə, sürücülərə xüsusilə 14-cü km-likdən, Kürdəmirdən şəhər istiqqamətinə, bu istiqamətə gələnlərdən xahiş edirik ki, bunu nəzərə alıb alternativ yol kimi 3-cü Kənar Dairəvi Yoldan və ya Badamdar qəsəbəsindən istifadə etsinlər ki, bu ərazidə süni sıxlıq yaşanmasın.

Sadəcə Badamdar yolu yox, 3-cü Kənar Dairəvi Yol daha rahatdır. Cənubdan mərkəzə doğru yaxınlaşmaq istəyən sürücülər, hansı ki, Dənizkənarı bulvar boyu Neftçilər prospekti ilə gəlmək qərarına gəliblər, bBu sürücülər bilsin ki, hal hazırda Azneft dairəsində keçiriləcək Formula 1-lə əlaqəli daralma var. Beton maneələrin qoyulması orada dairəni arxada qoyub. Əməkdaşlarımız məhz bu ərazidə hərəkəti tənzimləyir, xüsusilə ictimai nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün nizamlayıcı qismində xidmət aparır. Eləcə də digər sürücülərə də hansı istiqamətdə hərəkət etməsi üçün yol göstərir. Ona görə də bu ərazidə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücülərimiz, avtomobil sahibləri keçirilən bu tədbirin dövlət, ölkə əhəmiyyətli olduğunu qiymətləndirib düzgün qərar qəbul etməli və bunu anlaşıqlı düşünərək sürücü-polis həmrəyliyini nümayiş etdirməlidirlər. Bunu düzgün qəbul edənlərə öz təşəkkürümüzü bildiririk. Bu işi indi ediblər, bizə məlumatı indi verdilər”.

Şöbə rəisinin sözlərinə görə, sürücülər şəhərdə getmək istədikləri ərazilərə alternativ yollardan istifadə edərək daha tez çata bilərlər:

“Cənubdan mərkəzə doğru hərəkət etmək istəyən sürücülər nəzərə alın ki, Azneft dairəsində yol daralıb və Bakı halqası bu ərazidən keçir. Ərazidə beton maneələr var, istər-istəməz zolaqların sayı azalıb. Bu ərazidən keçərkən ləngiməmək üçün ən azından getdiyiniz istiqamətə vaxtında çatmaq üçün alternativ yollardan keçməyi təklif edirik. Yəni Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi Yolla, Yasamal rayon daxili yolları ilə və yaxud Badamdar qəsəbəsinə çıxmaqla hərəkət etməyə üstünlük verin. Məsələn, deyək ki, sürücü Salyandan gəlib aeraporta gedir. Salyandan Aeraport istiqamətinə gedənlər üçün ən rahat yol 3-cü Kənar Dairəvi Yolla paytaxtın “20 Yanvar” metrosu ərazisindən keçməklə Ziya Bünyadov prospekti vasitəsilə “Koroğlu” metrosu yanından aeraport istiqamətinə hərəkət etməklə mümkündür.

Yaxud da ikinci bir təklif. Deyək ki, vətəndaş Hövsan istiqamətində hərəkət edir. Təbii ki, Hövsan istiqamətində hərəkət edən mütləq Dənizkənarı bulvar yolu ilə, yəni Neftçilər prospekti ilə hərəkət etməlidir. Yaxın yol 20-ci sahə dairəsindən, Bayıl qəsəbəsindən, Qurban Abbasov küçəsindən keçməklə Parlament prospektinə, Hüseyn Cavid və mərkəzi yollarla metronun “Nərimanov”, “Gənclik” stansiyasından keçməklə Nəcəfqulu Rəfiyev küçəsinə, Xətai metrosunun yanına çıxa və oradan da Nobel prospekti ilə bu istiqamətlərə sərbəst Hövsan istiqamətinə gedib çata bilir. Marşrutu sürücülər daha yaxşı bilir. Sürücülərdən bir daha xahiş edirik ki, bu istiqamətə gələrkən mövcud vəziyyəti nəzərə alın, süni sıxlıq yaşanması ehtimalını gözə gətirin, ləngiməmək üçün alternativ yolla hərəkət etməyə üstünlük verin”.  

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man